Ukrayna ABŞ-dan hərbi yardım- haubitsalar və taktiki pilotsuz təyyarələralacaq .
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəriAndrey Yermaköz "Telegram" kanalında yazıb.
"Ukrayna 800 milyon dollarlıq hərbi yardım paketi alacaq. Buraya haubitsalar və taktiki pilotsuz uçan aparatlar daxildir. Bundan başqa, ABŞ Ukraynaya 500 milyon dollar həcmində birbaşa iqtisadi yardım göstərəcək".
Yermak onu da əlavə edib ki, ABŞ prezidenti Rusiyaya bağlı gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulduğunu açıqlayıb.
Leyla Demokrat.az


