Dünya

Bayden Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək

Bayden Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək

ABŞ Prezidenti Cozef Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni bəyanat verəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun çıxışı barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, C.Bayden aprelin 21-i səhər saatlarında (Bakı vaxtı ilə 17.45-də) Vaşinqtonda çıxış edəcək.

"Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək", - Ağ Evdən bildiriblər.

Demokrat.az

D
demokrat.az