Yaponiyada keçirilən hərracda bir kiloqram çay 1,96 milyon yenə (26 min AZN) satılıb.
Demokrat.az dünya mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın Şizuoka əyalətində yetişdirilən və əllə yığılan yaşıl çay hərraca çıxarılıb.
Hərracda bir kiloqram yaşıl çaya 1, 96 milyon yenə alıcı tapılıb.
Qeyd edək ki, yaponlar yaşıl çaya daha çox üstünlük verirlər və bu kimi hərraclar ölkədə normal haldır.


