Hadisə

Sahibkarlar sabah Administrasiyanın qarşısında toplaşacaq

Sahibkarlar sabah Administrasiyanın qarşısında toplaşacaq

"Diqlas" ticarət mərkəzində malları yanan sahibkarlar sabah saat 10-da prezident adminstrasiyasının qarşısında toplanacaq.

Demokrat.az xəbər verir ki, saat 16:00-da "Diqlas" ticarət mərkəzinin icraçı direktoru kimi özünü təqdim edən Araz Rəhimov adlı şəxs malları yanan sahibkarlarla görüşüb.

O müvafiq şəxslər və qurumlarla danışıqlar aparıldığını bildirərək sahibkarlardan vaxt istəyib.

Bununla qane olmayan sahibkarlar isə sözləşərək sabah saat 10-da prezident adminstrasiyasının qarşısında toplanacaqlarını bildiriblər.(Bizimyol.info)

D
demokrat.az