Ukrayna Prezidenti Volodimr Zelenski vəBöyük Britaniya, Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson telefonla danışıblar.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, danışıqlar zamanı ConsonUkrayna Prezidenti Volodimir Zelenskiyə zirehli texnikaların yaxın günlərdə Ukraynaya təhvil verilməsi barədə məlumat verib.
Onlar həmçininUkrayna üçün uzunmüddətli təhlükəsizlik həllinin zəruriliyini müzakirə ediblər. Boris Conson bəyan edib ki, o, müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya suverenliyini müdafiə etmək imkanı vermək üçün yaxından işləməyə davam edəcək.
Baş nazir Böyük Britaniyanın ötən həftə tətbiq etdiyi yeni sanksiyalarla bağlı son məlumatlar barədə dövlət başçısına məlumat verib.Conson vurğulayıb ki, Böyük Britaniya yaxın günlərdə Ukraynanı özünümüdafiə vasitələri, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.
Leyla Demokrat.az


