Məhkəmə ukraynalı deputat Viktor Medvedçukhaqqında həbs-qətimkan tədbirini dəyişib.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvovun Lıçakov rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Medvedçuk haqqındahəbs qətimkan tədbiri girov hüququ olmadan həbsə dəyişdirib.
“Lvovun Lıçakovski Rayon Məhkəməsinin müstəntiq hakimi Dövlət İstintaq Bürosunun Baş İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin vəsatətini Baş prokurorla razılaşdıraraq təmin edib. Ukraynanın xalq deputatı Medvedçuk Viktor Vladimiroviç barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə məhkəmədən bildirilib.
Bu qərar Medvedçukun əvvəllər ev dustaqlığından qaçması nəzərə alınaraq qəbul edilib.
Leyla Demokrat.az


