Abşeron rayonunda 22 yaşlı qızı avtomobil vurub.
Demokrat.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Abbasova Nigara Baba qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.(report.az)


