Region

İşğalçılar mayın 9-da Mariupolda “parad” keçirmək istəyirlər

İşğalçılar mayın 9-da Mariupolda “parad” keçirmək istəyirlər

Rusiya işğalçıları mayın 9-da Donetsk vilayətinin Mariupol şəhərində “parad” keçirmək istəyirlər.

Demokrat.az xəbər verir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko məlumat verib: “Bizdə olan məlumata görə, işğalçılar tərəfindən şəhərə mer təyin edilmiş Konstantin İvaşçenko paradın keçirilməsi üçün şəhərin mərkəzi dairəsinin bir hissəsini dağıntılardan və ölənlərin cəsədlərindən təmizləmək barədə göstəriş alıb. Əgər “xüsusi əməliyyat” uğurla nəticələnərsə, mayın 9-da Mariupolda “qələbə karnavalı” keçirməyi planlaşdırırlar”.

Andryuşşenko qeyd edib ki, şəhərdə bu cür geniş tədbirlər üçün texnika və insanlar yoxdur.(visiontv.az)

D
demokrat.az