Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk tutulub.
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədəUkrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Xüsusi əməliyyatUkraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Əla! Təfərrüatlar sonra", - Zelenski yazıb.
Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin geyimində olub və əlləri qandallı olub.
Leyla Demokrat.az


