İncəsənət Özəl

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” filminin tamaşası oynanılacaq.

Bunu teatrın baş rejissoru, eyni zamanda teatrın rejissoru Cavid İmamverdiyev Demokrat.az-a müsahibəsində deyib:

“Əslində tamaşanın məşqləri hələ pandemiya zamanı başlandı, “zoom” proqramı vasitəsilə çitkaları etdik. “Bəxtiyar” tamaşasının məşqlərinə noyabr ayından başladıq. Demək olar ki, məşqləri artıq yekunlaşdırırıq. Orkestr və rəqslər işlənib, mizanlar qurulub. Mənə elə gəlir ki, bu ayın axırına qədər biz işləyəcəyik, aprel ayında premyera edəcəyik.”

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

O, qeyd edib ki, Akademik Musiqili Teatrının səhnəsində quruluşu və ssenarisi rejissorun özünə məxsus, librettosu dahi bəstəkar Tofiq Quliyevə aid olan "Bəxtiyar" filminin səhnə versiyasının elə səhnədə məşqlərinə başlanılıb. Teatrın baş rejissoru Cavid İmamverdiyev bildirib ki, klassik əsərlərə müraciət etmək onun üçün bir rejissor olaraq maraqlıdır.

Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar" filminin motivləri əsasında qurulacaq eyniadlı tamaşanın hazırlanması teatrın aktyorları tərəfindən də maraqla qarşılanıb. Tamaşada Ağabala obrazını xalq artisti, şöhrət ordenli sənətkar İlham Namiq Kamal canlandırır.

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

“Zövqlü rejissordur, indi o fikirləşib ki, “Bəxtiyar” tamaşasını təqdim etsin. Mənə də biləvasitə bir obraz dəvət etdi, Ağabala obrazına. Maraqlı obrazdır, administratordur, indi prodüsser deyilir. Dövr o dövrdür, hər bir əsəri götürəndə istəyirlər ki, zamanla ayaqlaşsın. Rejissorun verdiyi tapşırıqları çalışıram, yerinə yetirim, əlbəttə ki, bunun çatışmayan cəhətləri ilə yanaşı onun şirinliyini də çatdırım. Komediya aktyorları mənfi obrazlar oynasa da, gərək bu şirin olsun.

“Bütün Azərbaycan tamaşaçısı “Bəxtiyar” filmini görüb və hamı əzbərdən bilir. Bunu bir az tamaşaçıya sevdirmək çətin olacaq, amma inanıram ki, uğurlu bir tamaşa alınacaq. Tamaşada da professor Rəcəbov rolunu oynayıram. İnanıram ki, tamaşaçıların xoşuna gələcək”, bunu müsahibəsində aktyor Elçin İmanov deyib.

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

Aktrisa Elnarə Nağdəliyeva isə tamaşada Gülcahan rolunu canlandıracaq.

“Bəxtiyar” filmi tamaşa olur — ÖZƏL

“Mən bu tamaşada Zəhra obrazı ilə oynayıram, xalq dili ilə desək, Gülcahan. Tamaşaçılar bu obrazı tanıyırlar, Zəhra ilə Gülbadam. Nə səs küydür bu gün sizdə Gülbadam.”

Rejissor bildirib ki, tamaşada əsas obrazların hər birinin dublyoru var. İnanırıq ki, “Bəxtiyar” tamaşası da film qədər seviləcək.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az