Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.
Demokrat.az xəbər verir ki, hadisə Siyəzən şəhər 21 saylı orta məktəbdə baş verib.
Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.(qafqazinfo.az)


