Donetsk vilayətinin Mariupol şəhərində Rusiya qoşunları hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Demokrat.az"Unian" nəşrinə istinadən xəbər verir ki, bu barədə “Azov” teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Mariupolda drondan zəhərli maddə atılıb.
Bildirilib ki, qurbanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom (damar sistemində nasazlıq yaradır) var. “Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılan mənşəyi naməlum zəhərli maddədən istifadə edib...”, - “Azov” bildirib.
Zamiq Demokrat.az


