Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurasının iclası keçirilir, əsas məsələlərindən biri Ukraynadakı vəziyyətə baxmaqdır.
Demokrat.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Aİ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır. Avropa Komissiyası artıq Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi, o cümlədən Rusiya neftinin ixracına məhdudiyyətlər paketi üzərində işə başlayıb" Bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis Brüsseldə Aİ Xarici İşlər Nazirlər Şurasının iclası başlamazdan əvvəl deyib:. "İndi çox şey baş verir. Avropa Komissiyası çox açıq şəkildə bildirdi ki, biz neft variantının nəzərdən keçirildiyi altıncı paket (sanksiyalar) üzərində işləməyə başlayırıq. Bu o deməkdir ki, konsensusa nail olmaq üçün artıq iş başlanıb. Bizim niyə sanksiyalar tətbiq etdiyimizin səbəbini bilmək üçün Kiyevə, Buçaya, İrpinə gedin, orada olanları öz gözlərinizlə görün"
Leyla Demokrat.az


