Ukraynanın Ədliyyə naziri Denis Malyuska Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü ilə əlaqədar 42 ölkənin Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etdiyini bildirib.
Demokrat.azbildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Buna səbəb Putinin hərbçilərinin hərbi cinayətləri olub. Artıq 42 ölkə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edib. Müharibə cinayətlərinin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb. Bu ölkələrin müraciəti Ukrayna ilə bağlı proseduru sadələşdirməyə və sürətləndirməyə imkan verib", - deyə qurum rəhbəri qeyd edib.
Malyuska bildirib ki, hazırda ölkənin hər yerindən ekspertlər Kiyev vilayətinin Buça şəhərində rus işğalçılarının cinayətlərinə dair sübutlar toplayır:
O. problemin böyük olduğunu, lakin hərbi cinayətlərin araşdırılmasının prioritet olduğunu vurğulayıb:
"Beynəlxalq ictimaiyyət öz dəstəyini verir, Fransadan ekspertlər gələcək, Aİ-nin digər üzvləri ilə danışıqlar davam edir:
"Yüksək ehtimalla onlar bu böyük işlərin öhdəsindən gəlməyə kömək edəcək. İndi hər bir rus hərbçisinin əməllərinə görə və müvafiq əmrlərə görə ayrı-ayrılıqda təqib edilməsi üçün baza yığılır".
Ədliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, təhqiqatın tez nəticəsini gözləmək lazım deyil, çünki Rusiya Federasiyası öz hərbçilərini ekstradisiya etməyəcək, lakin onlar mütləq məsuliyyətə cəlb olunacaqlar.
Leyla Demokrat.az


