Hadisə

Kütləvi dava: 3 nəfər bıçaqlandı

Kütləvi dava: 3 nəfər bıçaqlandı

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

Belə ki,Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

D
demokrat.az