Gündəm

Buçada baş verənləri Xocalı ilə eyniləşdirmək düzgündürmü?

Buçada baş verənləri Xocalı ilə eyniləşdirmək düzgündürmü?

Rus ordusu Ukraynanın Buça məntəqəsində dəhşətli hərbi cinayət törədib. Məlumatlardan görünür ki, insanlar qətl edilib, işgəncəyə məruz qalıb, zorlanıb. Rus ordusu Buçada qeyri-insani davranışdan, zorakılıqdan və nəhayətdə müharibə cinayətdən yan keçməyib.

Hazırda Rusiya istisna olmaqla bütün dünya Buçadan, orada baş verən hərbi cinayətlərdən bəhs edir, bu haqda danışır. Danışılmalıdır, deyilməlidir. yazılmalıdır. Bu, vacibdir, cinayəti törədənlər də layiqli cəzasını almalıdır. Əks halda, 10-20 ildən sonra başqa bir məkanda Buçada baş verənlər təkrarlanacaq.

Amma Facebook-un Azərbaycan seqmentində bir çox insan Buça ilə Xocalı soyqrımı arasında müqayisə aparmağa, onları eyniləşdirməyə çalışır. Dostlar, bunlar fərqlidir, ən azi cinayətin əhatəsinə, qəddarlığına, darəsinə görə. Xocalıda dünyanın sayca 3-cü və ya 4-cü soyqrım aktı törədilib. Burada düşmən əlinə keçən insanları məhv edib, onlar arasında seçim aparmayıb! Öldürdüyünü öldürüb, öldürmdiyini əsir götürüb.

Buçada baş verənləri Xocalı ilə eyniləşdirmək düzgündürmü?

Meşələrdə, dağlarda, düzənlikdə qaçan insanları axtarıb, bir yaşayış məntəqəsi tamamilə məhv edilib-612 nəfəri! Burada ailələr, nəsillər yer üzündən silinib.

Nəhayətdə indi Buça cinayətindən dünyanın bütün liderləri, mediası, insanları danışır. Amma son 30 ildə onların yarısının yarısı Xocalı soyqrımından danışmayıb, susub. Susmaqla haqq qazandırmağa çalışıblar.

Buçada baş verənləri Xocalı ilə eyniləşdirmək düzgündürmü?

Xocalı soyqrımı ilə Buça müharibə cinayəti arasında bir bağlılıq var: Zamanında indi danışan, müharibə cinayətini pisləyən dünya Xocalı qətliamında susmasaydı, Buçadabu cinayətlər baş verməzdi...

Nemət Orucov Demokrat.az

D
demokrat.az