İncəsənət Özəl

Dünyanın məşhur fotoqrafları Şuşaya gedəcək — FOTOLAR

Dünyanın məşhur fotoqrafları Şuşaya gedəcək — FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Müsabiqə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq.

Layihə Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva Demokrat.az-a bildirib ki, layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək.

O, qeyd edib ki, fotoqraflar sırasında Almaniya, İsveçrə, Finlandiya və Türkiyədən olan fotoqraflar iştirak edəcək. Layihənin kruatoru İtaliyalı rəsamdır, dünyaca məşhur Angela Buracellidir. Layihənin əsas məqsədi Şuşanın zəngin tarixi, mədəniyyəti bütün gözəlliyini dünyaya çatdırmaq və dünyada təbliğ etmək və Şuşa səsinin dünyada məşhur olmasıdır.

Layihənin sonunda həm kitab kataloq nəşr olunacaq fotoqrafların işlərindən ibarət, Bakıda və Şuşada təşkil olunacaq sərgi, daha sonra digər ölkələrdə də sərgilər keçiriləcək.

Dünyanın məşhur fotoqrafları Şuşaya gedəcək — FOTOLAR
Dünyanın məşhur fotoqrafları Şuşaya gedəcək — FOTOLAR
Dünyanın məşhur fotoqrafları Şuşaya gedəcək — FOTOLAR

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az