Gündəm

Cavanşir Feyziyevin şirkəti yenidən cərimələndi

Cavanşir Feyziyevin şirkəti yenidən cərimələndi

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) şirkətə yenidən cərimə protokolu yazılıb.

Demokrat.az xəbər verir ki, “Avromed Company” barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni inzibati xəta ilə bağlı cərimə protokolu yazılıb. Bu iş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatına verilib.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Rza Demokrat.az

D
demokrat.az