Superliqa komandalarından “Göztəpə” futbol klubu bəyanat yayıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub açıqlamasında rusiya əsilli milyarder Roman Abramoviçin İzmir klubunu alıb-almaması məsələsinə aydınlıq gətirib.
“Göztəpə”nin vitse-prezidenti Tələt Papatya, klubun rusiyalı iş adamı Roman Abramoviçə təhvil verilməsi xəbərini təkzib edib. Abramoviç adının uzun müddətdir gündəmdən düşmədiyini bildirən Papatya, bununla bağlı hansısa görüşün keçirilmədiyini bildirib.
“Abramoviç klubu ələ keçirmək üçün heç kimə əl uzatmadı və görüşmədi. Belə bir şey yoxdur. Bu məsələlərlə bağlı danışıqlar müəyyən həddə çatanda lazımi izahatı verəcəyik”.
Qeyd edək ki, “Göztəpə” hazırda Türkiyə Superliqasında 31 oyundan sonra 27 xalla 18-ci pillədə qərarlaşıb.
Zamiq Demokrat.az


