Auksionda yüksək qiymətə satılan Rusiya-Ukrayna müharibəsinin rəmzlərindən birinə çevrilmiş qadının əzab dolu rəsmi..
Bu rəsmi ABŞ-dan olan rəssam Jenya Gerşman Xarkovda gedən qanlı döyüşlər zamanı yaralanmış ukraynalı qadının bir göz qırpımında dünyada məşhurlaşan məlum fotoşəkli əsasında çəkib.Həmin fotoşəkli Türkiyənin Anadolu Agentliyinin fotomüxbiri Volfqanq Şvon lentə almışdı.
“Heritage Auction”da həraca çıxarılan bu tablo 100 min dollara satılıb.Volfqanq Şvonın kadra aldığı yaralı qadın Yelena Kurilo ixtisasca müəllimdir və o hazırda qaçqın kimi Polşa xəstəxanalarından birində müalicə alır.

Hərracda satılan sözügedən rəsmin müəllifi Jenya Gerşman onu bu rəsmi çəkməyə motivə edən səbəbi mediaya açıqlayıb: “Münaqişənin ən çox əziyyət çəkənləri mülki şəxslərdir. Müharibə iştirakçı olmayan insanların əzabını işıqlandırmaq isə hər şeydən önəmlidir. Bu bizə dəhşət yaşayan mülki əhalinin iztirablarını görməyə kömək edir”.Bax belə.Müharibələrin acı səhnələri fotolar və rəsmlərə yansıyaraq dünya liderləri üçün ismarıca, xəbərdarlığa çevrilsə də, lakin əfsuslar olsun ki, Putin kimi müharibəyə susamış liderlər bu fotolardan, bu rəsmlərdən nəticə çıxarmır, dərs almır.
Visiontv.az


