İdman

Qətərdə keçiriləcək dünya çempionatının püşkü atıldı — FOTO

Qətərdə keçiriləcək dünya çempionatının püşkü atıldı — FOTO

Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

Qətərin paytaxtı Dohadakı mərasimdə qrupların tərkibi müəyyənləşib. Püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib.

Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də olub.

Mundialın açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.

A qrupu:Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu:İngiltərə, İran, ABŞ, Şotlandiya/Ukrayna - Uels cütünün qalibi

C qrupu:Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu:Fransa, Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis

E qrupu:İspaniya, Kosta-Rika/Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu:Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu:Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu:Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya/Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək.

Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Qətərdə keçiriləcək dünya çempionatının püşkü atıldı — FOTO

Demokrat.az

D
demokrat.az