Hadisə

İki nəfər hamamda dəm qazından zəhərləndi

İki nəfər hamamda dəm qazından zəhərləndi

Gəncədə və Ağstafada zəhərlənmə faktları qeydə alınıb.

Demokrat.az xəbər verir ki, Gəncədə 2001-ci il təvəllüdlü Əliyev Kamil zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Ağstafada isə rayonun Dağkəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Səbinə Xudaverdiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki xəstə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.(oxu.az)

D
demokrat.az