Gündəm Özəl

"Ay məmurlar, zillət içində qalan Azərbaycan vətəndaşıdır"— Deputat əsəbləşdi

Ay məmurlar, zillət içində qalan Azərbaycan vətəndaşıdır— Deputat əsəbləşdi

"İndicə Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi. Hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın".

Demokrat.az xəbər verir ki, bu sözləri deputat FazilMustafa "Facebook"hesabında yazıb:

"Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var, Dərbənddə, Mahaçqalada, Gürcüstanda...Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir. Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları öz Vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!", - deyə millət vəkili bildirib.

Leyla Demokrat.az

D
demokrat.az