“Fərruxda tapılan kütləvi məzarlıq Ermənistan dövlətinin siyasətinin terrorla çulğalaşdığını göstərən konkret faktlardır!”
Fərrux kəndində tapılan kütləvi məzarlıqla bağlı millət vəkili Musa Qasımlı Demokrat.az-a münasibət bildiriərkə deyib.
“Cənab prezidentimiz İlham Əliyev Fransa prezidenti ilə görüşündə bildirmişdi ki, Ermənistan kütləvi məzarlıqların yerini deməlidi. Çünki Birinci Qarabağ müharibəsində bizim təxminən 4 min nəfərə yaxın vətəndaşımızın taleyindən xəbər yoxdur. Onların ailələri narahatdırlar. Fərrux kəndi azad edildikdən sonra orda kütləvi məzarlıqların üzə çıxması bir daha göstərir ki, Ermənistan dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib. Bu kütləvi məzarlıqlar Ermənistanın vəhşiliyini göstərir. Hamı bilir ki, bəlli bir müharibə qanunları var. Orda öldürülənlər dinc əhalidir, müharibədə hərbçi, əsgər ölər, bu müharibənin qanunudur. Amma Ermənistan mülki əhalini hədəfə alıb və Fərruxda sübutu tapılan cinayət əməli beynəlxalq təşkilatlar tərəfindən özünün qiymətini almalıdır. Bu kütləvi məzarlıq erməni vandalizminin, Ermənistan dövlətinin siyasətinin terrorla çulğalaşdığını göstərən konkret faktlardır”, deyə millət vəkili qeyd edib.
Gülçin Qorxmaz Demokrat.az


