Gündəm Özəl

Deputat: “Fərruxda tapılan kütləvi məzarlıq erməni vandalizmini dünyaya sübut edir”

Deputat: “Fərruxda tapılan kütləvi məzarlıq erməni vandalizmini dünyaya sübut edir”

Xocalının Fərrux kəndində aşkarlanan məzarlıq ermənilərinin törətdiyi növbəti cinayət əməlinin bu günə qədər gizlədilmiş daha bir sübutudur.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

“Tarixi ərazilərimizdə erməni vandallarının törətmiş olduğu cinayətlər zaman-zaman üzə çıxmaqdadır. Uzun illər boyu Ermənistan silahli qüvvələrinin işğalı altında olan əraziləri azad etdikcə, 90-cı illərin əvvəllərində gedən amansız döyüşlərdə dinc insanları öldürərək, vəhşicəsinə qətlə yetirərək, onların kütləvi məzarlığını yaradaraq, öz cinayətlərini ört-basdır etməyə çalışdıqları bir daha ortaya çıxır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimizin erməni vandalları üzərində tarixi qələbəsindən sonra bu cür məzarlıqlar artıq üzə çıxmaqdadır. Son günlər Fərruxda tapılan kütləvi məzarlığın qalıqları erməni vəhşiliyini ortaya qoyur, erməni vandalizmini bir daha nümayiş etdirir. Bütün bunlar bizə imkan verir ki, biz erməni vandalizmini bütün dünyaya nümayiş etdirək və sübut edək ki, onlar təkcə Xocalıda deyil, Azərbaycanın ayrı-ayrı yerlərində mülki insanları qətlə yetirərək, kütləvi məzarlıqlar yaradıblar. Biz gücümüzü ona kökləməliyik ki, bu cinayətlərə hüquqi qiymət verilsin. Mən əminəm ki, biz erməni vandalizminin dünya miqyasında təbliğində ciddi addımlara nail olacağıq. Ermənilər tarixi sübutunu tapmış bu əməllərinin cavabını verəcəklər”, deyə millət vəkili qeyd edib.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az