Gündəm Özəl

Azərbaycanlı politoloq Putinin müdafiəsinə qalxdı: “O, sağlam düşüncəli çox yüksək adamdır”

Azərbaycanlı politoloq Putinin müdafiəsinə qalxdı: “O, sağlam düşüncəli çox yüksək adamdır”

“Mən Putini müasir dünyanın ən böyük liderlərindən biri hesab edirəm”.

Bunu Musavat TV-yə açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Politoloq çıxışında bildirib ki, Putin öz işini yaxşı bacarır və peşəkardır:

“O, KQB-nin Şərqi Almaniyada rezidenturasında işləmiş bir adamdır. Berlin divarlarını yıxılanda sənədlər var, kütlə hücum edir. Putin onların qarşısına çıxır və iradəsini göstərir. O zaman o, orada kəşfiyyatçı idi. Putin kifayət qədər intellekti yüksək olan adamdır. Bu gün Putinin qabiliyyəti, sağlamlığı, təfəkkürü kifayət qədər yüksəkdir. O, sağlam düşüncəli, kifayət qədər ağılı yerində olan, təfəkkürü normaldan da yüksək olan adamdır. O boyda böyük bir dövləti idarə etmək, onun başında durmaq asan məsələ deyil. Mən hər zaman peşəkarlığa hörmət etmişəm. Onu da peşəkar hesab edirəm. O, işini yaxşı bacarır. Hər adam KQB də işləyə bilərdi? Hər adam xaricdə kəşfiyyatda, rezidentürada gedib kəşfiyyat işi görə bilərdi?

Bu gün də o adamın qabiliyyəti, sağlamlığı, təfəkkürü kifayət qədər yüksəkdir. Alman, ingilis dilllərini mükəmməl bilir. Bu gün Avropanın liderləri gəlib onun qarşısında hesablaşırlar. Bu gün Rusiyanı Putin çökdürmür. Ümumiyyətlə, rus xalqı min illərlə çətin, ağır yaşamağa öyrəşib. Sanksiyalar da Rusiyanı əsla çökdürə bilməz. İkincisi də, Putin özü Avropaya şərt qoyur ki, mən sizə qazı və nefti dollarla yox, rublla satıram. Rusiya bu gün özü şərt qoyur onlara. Sənayeləşmiş Avropanın özünün Rusiyadan enerji asılılığı var. Gec ya tez bu məsələlər qayıdıb-gələcək Rusiyanın şərtləri daxilində həll olunacaq”.

Həmin videonu təqdim edirik:

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az