Azərbaycan Maarifçilər Assosisasiyası beynəlxalq təbirdən geri dönüb.
Bu barədə assosiasiyanın sədri Tofiq Sadıxov Demokrat.az-a bildirib:
“Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.”





Gülçin Qorxmaz Demokrat.az


