“Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən qayıdarkən təyyardə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsi olub: “Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu barədə çox açıq və aydın danışmaq imkanımız oldu”, – deyə Türkiyə Prezidenti bildirib.
Demokrat.az


