Digər

“İcra başçısının göstərişi ilə qar yağıb” — VİDEO

“İcra başçısının göstərişi ilə qar yağıb” — VİDEO

Cəlilabadda rayon rəsmisinin müsahibə zamanı işlətdiyi “İcra başçısının göstərişi ilə qar yağıb” ifadəsi müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, bu ifadə sosial şəbəkələrdə həm tənqid olunub, həm də gülüşlə qarşılanıb.

O, fikrini düzgün ifadə edə bilməyib, əslində isə “Cəlilabada qar yağdığına görə Bayxanlı-Məlikqasımlı yolu bağlanmışdı.

Rayon icra hakimiyyətinin başçısı cənab Rafiq Cəlilovun göstərişi ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin texnikası yoltəmizləmə işləri həyata keçirdi. Hazırda yolda hərəkət bərpa olunub” demək istəyib.(pravda.az)

Həmin videonu təqdim edirik:

Demokrat.az

D
demokrat.az