Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranı təhlükəsi yaradır.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş deyib. O bildirib ki, artıq bütün dünyada ərzaq, enerji və gübrə qiymətlərinin artması hiss olunur.
A.Quterreş əlavə edib ki, döyüşləri dayandırmaq və sülhə şans vermək lazımdır.
Aynurə Demokrat.az


