Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumlardan sonra sanksiyalarla üzləşən Moskvanın yanında olmayan Rusiya vətəndaşlarını qınayıb. Demokrat.az xəbər verir ki, Putin videomüraciətində xaricdə yaşayan və Rusiyaya deyil, Qərbə daha çox rəğbət bəsləyən ruslar haqqında təəccüblü açıqlamalar verib. Rusiya ordusu düz üç həftə əvvəl Ukrayna ərazisinə daxil olmasıyla başlanan müharibədə yüzlərlə dinc sakin həyatını itirib, minlərlə insan yaralanıb. Milyonlarla ukraynalı başqa ölkələrə miqrasiya etməli olub. Buna görə də Rusiyaya ABŞ və Avropa ölkələri başda olmaqla bir çox dövlət liderlərindən reaksiya verilib. Putini dayandıra bilməyən ölkələr iqtisadi və siyasi sanksiyalar tətbiq etmək qərarına gəliblər. Belə bir zamanda Putin xaricdə yaşayan və Rusiyanın yanında olmayan rus vətəndaşlarını ruhi cəhətdən rus xalqının yanında olmamaqda günahlandırıb və çıxışı zamanı qəzəblənib: “Belə insanlar analarını satmağa hazırdırlar. Mən Mayamidə və ya Fransa Rivierasında villası olanları, gender azadlıqları olmayanları qətiyyən mühakimə etmirəm”-deyə o, bildirib. Vladimir Putinin çıxışı ABŞ və Avropanın rus iş adamlarının aktivlərini müsadirə etməyə başlamasından sonraya təsadüf edib.(moderator.az)
“Belələri analarını da satarlar...” — Putindən xaricdə yaşayan ruslara
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


