Media

Rusiyanın “Sputnik-Azərbaycan” Agentliyinə yeni rəhbər təyin olundu

Rusiyanın “Sputnik-Azərbaycan” Agentliyinə yeni rəhbər təyin olundu

Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Demokrat.az bildirir ki, “Sputnik-Azərbaycan”a Vitali Denisov rəhbərlik edəcək. O artıq Bakıya gəlib.

Vitali Denisov bundan əvvəl Cənubi Osetiyada “Sputnik”in yerli bürosuna başçılıq edib.

Son illərdə Bakıdakı büroya rəhbərlik edən Əziz Əliyev vəzifəsindən azad olunub.

Demokrat.az

D
demokrat.az