Hər zaman gündəmdə olan mövzulardan biri də maşın bazarındakı vəziyyət və avtomobillərin qiymətidir. Hazırda maşın bazarında durğunluq müşahidə olunur. Satıcılar müştərinin az olmasından, alıcılar isə qiymətin baha olmasında narazıdır. Bir sözlə desək, satan çox, alan yox. Satıcıların əksinə, alıcılar qiymətlərin baha olmasından narazıdır.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Demokrat.az-a bildirib ki, hazırda ekonom tipli avtomobillərə təlabat çoxdur:

“Mühərrikin gücü 2 min kubsantimetr və ondan aşağı olan avtomobillərə maraq var. Eyni zamanda krossover tipli avtomobillərə də maraq böyükdür və qiymətindən asılı olmayaraq, insanlar o avtomobilləri daim alırlar. Yəni, 2-ci əl olsa belə o avtomobillərə maraq qalmaqdadır. Hazırda qiyməti ucuz olduğuna görə daha çox hibrid avtomobillərə üstünlük verilir”, deyə nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
İkinci əl avtomobil bazarında orta qiymət 13-15 min manatdır. Alıcılar isə yeni avtomobil alarkən kreditə üstünlük verir. Lakin digər ölkələrlə müqayisədə Azərbaycanda avtomobil kreditlərinin şərtləri ağırdır.
Ekspertlər bu durğunluğun hələ bir müddət davam edəcəyini, aprel, may aylarından sonra isə qiymətlərin 30 faizədək bahalaşacağını proqnozlaşdırır.
Maya Həsənova Demokrat.az


