Gündəm Özəl

“Qərb Cənubi Qafqazda aktivliyini artırmaq istəyir: Zəngəzur dəhlizi və...” — ÖZƏL

“Qərb Cənubi Qafqazda aktivliyini artırmaq istəyir: Zəngəzur dəhlizi və...” — ÖZƏL

Dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edildi. Telefon danışığı zamanı Şarl Mişel qeyd etdi ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.

Son bir il ərzində Aİ-in Cənubi Qafqaza marağının artdığını qeyd edən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirdi ki, bu, heç də təsadüfi deyil:

“Məsələ ondadır ki, 44 günlük müharibə regionda reallıqları əsaslı surətdə dəyişdi. Aİ də bunun fərqindədir. Digər tərəfdən, müharibə zamanı Qərbin sərgilədiyi ermənipərəst mövqe müharibə sonrası Aİ-nin Cənubi Qafqazda təsirini ciddi ölçüdə azaltdı. İndiki məqamda Qərb Aİ timsalında regionda aktivliyini artıraraq əvvəlki mövqeyini bərpa etməyə çalışır”.

“Qərb Cənubi Qafqazda aktivliyini artırmaq istəyir: Zəngəzur dəhlizi və...” — ÖZƏL

Politoloq vurğuladı ki, məsələyə ümumi yanaşdıqda Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin daha çox iqtisadi tərəflərində mənfəət almaq istəyir: “Zəngəzur dəhlizinin açılması istiqamətində rəsmi Bakının sərgilədiyi mövqe digər tərəfdən mövcud Ukrayna-Rusiya müharibəsi fonunda dünya enerji bazarında yaşanan qeyri-sabitlik Qərbi Bakı ilə konstruktiv danışıqlara sövq edir. Azərbaycan özünün qırmızı xəttini keçməmək şərtilə Qərbin Ermənistan ilə Azərbaycan arasında sülh prosesində iştirakına qarşı deyil. Azərbaycan başından bəri Qərblə isti münasibətlər qurub və bu gün də davam edir. İndki məqamda rəsmi Bakının regionda artan qiyməti onu Qərbin ən etibarlı tərəfdaşı halına gətirir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az