Bakıda 12 yaşlı yeniyetməni avtomobil vurub.
Demokrat.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Astanlı Sübhan Asim oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)


