Ədəbiyyat

Emil Seyidəliyev: “Cabir Novruz yaradıcılığı bu gün də gənc şairlər, yazarlar üçün böyük bir örnəkdir”

Emil Seyidəliyev: “Cabir Novruz yaradıcılığı bu gün də gənc şairlər, yazarlar üçün böyük bir örnəkdir”

Şair-publisist, Qeyri-Hökumət Təşkilatları üzrə ekspert Emil Seyidəliyev Demokrat.az-a Xalq şairi Cabir Novruzun doğum günü ilə bağlı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Emil müəllim, bu yaxınlarda xalq şairi Cabir Novruzun anım günü oldu...

- İlk olaraq qeyd edim ki, mart ayı bir çox əlamətdar günlərlə yadda qalır. Martın 12-i “Sağlığında qiymət verin insanlara” deyən görkəmli poeziya ustası, xalq şairi Cabir Novruzun anım günü kimi qeyd olundu. Yaşasaydı şair 89 yaşını qeyd edəcəkdi.

- Şairin anım günündə kimlər iştirak etdi?

- Anım gününə bir çox ziyalılar, incəsənət nümayəndələri və Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri iştirak etdilər. Onlar birinci Fəxri Xiyabanda şairin məzarını ziyarət etdilər. Daha sonra anım tədbirində professor Cavanşir Qurbanov, professor Fuad Məmmədov, Əməkdar jurnalist Qafar Əsgərzadə, bəstəkar Rauf Məmmədov, şair Nəcməddin Mürvətov, şair Rafael Oğuztürk, görkəmli idmançı Adil Sadıqov, qarmon ustası Nizami Əsgərov, Əməktar artist Faiq Əlibalayev, “Könüllülər” Kitabxana İctimai Birliyinin Sədri Niyaz Eyvazov, Mədəniyyətşünaslıq Elmi-metodiki mərkəzin şöbə müdiri Sənan Talıbov, şairin qohumu, jurnalist Günay Novruz və başqaları iştirak etdilər. Onlar tədbirdə çıxış edərək xalq şairi Cabir Novruzun yaradıcılığı haqqında ürək sözlərini söylədilər. Tədbirdə Cabir Novruz adını daşıyan Fondun son illərdə bədii, ədəbi, mədəni sahədə gördüyü işlər, xüsusən də Cabir Novruz adının daha da əbədiləşməsi üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirildi. Mən görülən işlərə görə fondun prezidenti, professor, əməkdar bədən tərbiyəsi və idman xadimi, II dərəcəli Vətənə Xidmət görə ordenli, Yasamal rayonu Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanova dərin təşəkkürümü bildirdim.

- Bu gün xalq şairi Cabir Novruza göstərilən diqqət və qayğı sizi qane edirmi?

- Baxmayaraq ki, Cabir Novruz 20 il bundan əvvəl dünyasını dəyişib. Lakin onun sözlərinə bəstələnmiş mahnılar bu gün də insanlar tərəfindən sevilir. Cabir Novruz yaradıcılığı bu gün də gənc şairlər, yazarlar üçün böyük bir örnəkdir. Bir çox gənc şairlər onun yaradıcılığından bəhrələnərək yeni-yeni şeirlər, kitablar yazırlar. Sözün həqiqi mənasında Azərbaycan poeziyasında xüsusi çəkisi olan Cabir Novruz yaradıcılığı gənc yazarlar üçün bir məktəbdir. Sevindirici haldır ki, “Sağlığında qiymət verin insanlara” deyən şair - özü də, sağlığında dövlətimiz və xalqımız tərəfindən öz layiqli qiymətini almışdır. Bu gün ki, anım mərasimi də bir daha bunun bariz nümunəsi idi. Ruhu səmada, adı qəlblərdə yaşayan ustad sənətkar, doğum günün mübarək!

Emil Seyidəliyev: “Cabir Novruz yaradıcılığı bu gün də gənc şairlər, yazarlar üçün böyük bir örnəkdir”
Emil Seyidəliyev: “Cabir Novruz yaradıcılığı bu gün də gənc şairlər, yazarlar üçün böyük bir örnəkdir”

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az