"Onların cəsədlərini "Ural" maşınlarla hava limanına, oradan isə Rusiyaya aparırlar..."
Ukraynada müharibə başlayandan Belarusun Qomel, Mozır və Narovlya şəhərlərindəki xəstəxanalar yaralı rusları, meyitxanalar isə ölüləri qəbul etməyə başlayıb.
Bu haqda ABŞ-ın "Azadlıq" radiosunun Belarus redaksiyası özəl mənbələrinə istinadla məlumat yayıb. Təfərrüatlar: Nəşrin məlumatına görə, Belarus həkimləri belə informasiyaları açıqlamamaq barədə müqavilə imzalayıblar. Bəzi həkimləri işdən çıxarmaqla hədələyiblər. Mənbələr Mozır və Qomeldəki morqların rusların cəsədləri ilə dolu olduğunu təsdiqləyir. Keçən həftə Mozırda onları dərhal Rusiya Dəmir Yollarının qatarlarına yükləyiblər. "Qeyri-real dərəcədə çox cəsəd var idi! Mozır stansiyasındakı insanlar qatara yüklənmiş cəsədlərin sayından, sadəcə, şoka düşdülər. İnsanlar video çəkməyə başladılar, lakin hərbçilər onları yaxaladılar və çəkilişlərin silinməsini əmr etdilər. 

Eyni zamanda, buradakı yerli sakinlər rentgen etdirə bilmir - onları uşaq xəstəxanasına göndərirlər.
Qomel sakinləri deyiblər ki, yaralı ruslar avtobus və "PAZ"-larla, ölənlər isə yük maşınları ilə aparılır.
"Onların cəsədlərini "Ural" maşınlarla hava limanına, oradan isə Rusiyaya aparırlar", - Qomel sakini bildirib./Moderator.az


