Hadisə

Masazırda yolu keçən yeniyetməni maşın vurdu

Masazırda yolu keçən yeniyetməni maşın vurdu

Abşeronda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub.

Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Muradlı Nisə Mərdan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki topuğun sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.(report.az)

D
demokrat.az