Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.
Bu barədə "Report"a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: "Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq".
Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.
İttifaqdan bildirilib: "Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək".
Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.
Demokrat.az


