Region

Avropa İttifaqı: “Ukrayna bizim Avropa ailəmizə aiddir”

Avropa İttifaqı: “Ukrayna bizim Avropa ailəmizə aiddir”

“Avropa İttifaqı (Aİ) ölkələri müharibə başa çatdıqdan sonra demokratik Ukraynanın bərpasına dəstək verəcəklər. Ukrayna bizim Avropa ailəmizə aiddir. Avropa Komissiyası onun Avropa İttifaqına daxil olmaq üçün müraciətinə rəy verməlidir. Ona qədər Kiyevlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır”.

Demokrat.az xəbər verir ki, bu fikirlər Aİ-nin Versal sammitindən sonra yaydığı bəyanatdandır. Bu gün yayılan bəyanatda deyilir ki, Aİ ölkələri ukraynalı qaçqınlara humanitar, tibbi və maliyyə yardımı göstərməyə davam edəcəklər.

Eyni zamanda, qeyd olunur ki, Avropa Komissiyasının qiymətləndirməsi uzun çəkə bilər. Niderlandın baş naziri Mark Rutte bildirib ki, Aİ-yə daxil olmaq üçün sürətləndirilmiş prosedur yoxdur: “Bu, uzun müddətdir üzvlük proseduruna qəbulu gözləyən Monteneqro, Serbiya, Albaniya və Şimali Makedoniyanın üzünə yumruq olardı”.(azpost.info)

D
demokrat.az