Sosial

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işdən çıxarılıb? — RƏSMİ

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işdən çıxarılıb? — RƏSMİ

Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun işdən azad olunması ilə bağlı məlumat yayılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Demokrat.az-a bildirilib ki, sözügedən şəxsin işdən çıxarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, N. Salmanov vəzifəsinin icrası ilə məşğuldur.

Leyla Demokrat.az

D
demokrat.az