Region

Ukraynada çörək sexi atəşə tutuldu: 13 nəfər öldü

Ukraynada çörək sexi atəşə tutuldu: 13 nəfər öldü

Kiyev vilayətinin Makarov şəhərində Rusiya hərbçilərinin çörək sexinə endirdiyi hava zərbəsi nəticəsində 13 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə "ДСНС України" məlumat yayıb.

"Martın 7-də Makarov şəhərində endirilən hava zərbəsi nəticəsində mərmi fəaliyyətdə olan “Makariv çörək zavodu” Dövlət Müəssisəsinin ərazisinə düşüb.

Dağıntılar altından 5 nəfəri xilas edilib, 13 nəfərin cəsədini aşkarlanıb.

İlkin məlumata görə, zavodun ərazisində 30-a yaxın insan olub", - məlumatda deyilir.

Leyla Demokrat.az

D
demokrat.az