Ölkəmizdə son günlərdə yoluxma sayının aşağı enməsi dalğanın yavaş-yavaş sönməyə başladığının işarəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında həkim infeksionist Sadiqə Əliyeva deyib. Ölkədəki epidemioloji vəziyyətlə bağlı danışan infeksionist qeyd edib ki, yoluxma sayının azalmasının əsas səbəbi peyvəndləmə işinin keyfiyyətli təşkili, həmçinin əks epidemik tədbirlərə ciddi riayət olunması ilə əlaqədardır:
“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş və təsdiqlənmiş bütün vaksinlər bizi “Covid-19” dan qorunması üçün sübut edilib. Əhalinin peyvəndləmədə fəal iştrakı, bugünkü gün yoluxma sayının azalmasına səbəb olmuşdur. Əlbəttə ki, insanların sıx təması olan qapalı məkanlarda yoluxma daha çox baş verir. Ona görə də hamıya vaksinasiya olunmağı, əks epidemik tədbirlərə ciddi riayət etməyi tövsiyə edirəm. Qeyd edim ki, təxminən 70 faiz əhalidə koronavirusa qarşı antitel əmələ gələrsə, bu zaman pandemiyanın bitməsi mümkün olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


