Gündəm

Rusiya hərbçiləri İrpendən evakuasiya zamanı 8 dinc sakini öldürüb

Rusiya hərbçiləri İrpendən evakuasiya zamanı 8 dinc sakini öldürüb

Kiyev vilayətinin İrpen şəhərində dinc sakinlərin təxliyəsi zamanı rus işğalçıları 8 nəfəri qətlə yetiriblər.

Demokrat.az bu barədə "Unian"a istinadən xəbər verir ki,İrpen şəhərinin meri Aleksandr Markuşin videomüraciətində deyib.

Mer, İrpenin təslim olmadığını da bildirib:

"İrpin döyüşür, şəhər təslim olmayıb. Şəhərin bir hissəsi həqiqətən rus işğalçıları tərəfindən ələ keçirilib, lakin İrpenin bir hissəsi döyüşür. Bu gün mərmi düşdü və mənim gözümün qabağında bir ailə öldürüldü. İki azyaşlı uşaq və iki böyük öldü. Ümumilikdə səkkiz nəfər öldü" - deyə o, qeyd edib. Markuşin əlavə edib ki, martın 7-də saat 10:00-da Romanovkadan avtobuslarla şəhər sakinlərinin yenidən təxliyəsi planlaşdırılıb. Qeyd edək ki, Rusiya qoşunları gün ərzində Mariupol, İrpen və Ukraynanın digər şəhər və kəndlərini atəşə tutmağı dayandırmayıblar. Düşmən yaşayış binalarını, dinc əhalini atəşə tutur, təxliyənin qarşısını alır.

Zamiq Demokrat.az

D
demokrat.az