Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.
Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 548, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19 049, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 217 nəfərdir. 


