“Sabah növbəti dəfə Ukraynadan yaşayan vətəndaşlarımızın təxliyəsi planlaşdırılır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan-Ukrayna Parlamentlər arası işçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, hazırda dövlətimiz və nüfuzlu insanlarımız tərəfindən bu istiqamətdə mühüm işlər görülməkdədir:
“Ukraynada yaşayan və evakuasiya olunmayan vətəndaşlarımız, etnik azərbaycanlılar arxayın olsunlar ki, onların təxliyəsi istiqamətində mühüm işlər görülür. Qeyd edim ki, sabah saat 11:00 - da Kiyevdən avtobusla İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır. Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlılatı Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək. İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlamalarını xahiş edirəm: +380 (98) 949 70 38 .
Xatırladırıq ki, İstanbuldan Bakıya getmək istəyənlər ancaq öz hesablarına gedə biləcəklər”.
Nəzrin Hüseynli Demokrat.az


