Hadisə

Dünən Xarkovda 7 azərbaycanlı həlak olub

Dünən Xarkovda 7 azərbaycanlı həlak olub

Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.

Ukrayna Azərbaycanlıları Radasından Demokrat.az-a verilən xəbərə görə, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır: “Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir”.

Qeyd edək ki,dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olması ilə ümumilikdə 7 nəfərə çatıb.

D
demokrat.az