Hadisə

Yolu keçən yeniyetməni maşın vurdu

Yolu keçən yeniyetməni maşın vurdu

Bakıda avtomobil 14 yaşlı yeniyetməni vurub.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində 2008-ci il təvəllüdlü Cəfərov Mühəmməd Etibar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az