Martın 1-3 tarixlərində “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi və Birləşmiş Ərəb Əmirlikləri Universtetinin birgə təşkilatçılığı ilə Yaxın Şərq və Afrika Sammiti keçiriləcək.
Demokrat.az xəbər verir ki, sammitdə Yaxın Şərq və Afrika bölgəsində yerləşən nüfuzlu universitetlərin rəhbərləri, tanınmış təhsil ekspertləri, alimlər iştirak edəcək və təhsilin, ali təhsil ocaqlarının qarşısında duran bugünkü çağırışları müzakirə edəcəklər. Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov spikerlərdən biri kimi “Zamanın çağırışları təhsildən nə tələb edir: İstehsal sahələri və universitetlər arasında əlaqə, onlar bir-birindən nə dərəcədə asılıdır, təhsil və akademik fəaliyyət istehsalatın tələblərinı necə cavab verməli?” mövzusunda çıxış edəcək.
Rza Demokrat.az


