Region

Rusiyaya sanksiyalar: Ermənistanın qara günləri başlayır

Rusiyaya sanksiyalar: Ermənistanın qara günləri başlayır

Rusiya-Ukrayna müharibəsi səbəbindən bir sıra ölkələr Rusiyaya qarşı kifayət qədər ciddi sanksiyalar paketi tətbiq edib. Bu da təbii ki, Rusiya, iqtisadiyyatına sarsıdıcı təsir edəcək. Qərb ölkələrinin tətbiq etdiyi yeni sanksiyalar paketi Rusiya şirkətləri, maliyyə sektoru təşkilatları və fiziki şəxslərə qarşı yönəlib. Hazırda vəziyyət hələ də gərgindir və Qərb daim Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiqinin mümkünlüyündən danışır. Sanksiyalar artıq həll olunub və Rusiyanın maliyyə bazarına zərbə vurmaqda davam edir. Qərb ölkələrinin sanksiyaları nəticəsində Rusiya rublunun dəyərdən düşməsi və investisiya sektorundakı "çaxnaşma” Rusiyanın maliyyə bazarına elə ziyan vurdu ki, həmin itkiləri neytrallaşdırmaq uzun müddət və səy tələb edəcək. Bundan başqa, Rusiya birjalarında qiymətli kağızlar da azalır. ABŞ-ın maliyyə və bank sistemlərində trilyonlarla dollarlıq Rusiya aktivlərinin dondurulması insanları öz aktivlərinə qərar vermək hüququndan məhrum edir, onların gəlirliliyini azaldır və investisiya imkanlarını məhdudlaşdırır.

İqtisadi baxımdan anti-Rusiya sanksiyaları ilk növbədə enerji kompleksini hədəf alacaq. Bundan başqa, məsələn, alüminium istehsalı çox zərər görəcək. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə alüminium ixracı təxminən 3,5 milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 29,3% çoxdur. Hal-hazırda miqyası real qiymətləndirmək mümkün deyil, amma açıq şəkildə deyə bilərik ki, cəmiyyətin alıcılıq qabiliyyəti və gəlir səviyyəsi azalacaq, qiymətlər yüksələcək, idxal qiymətləri artacaq, investisiyalar azalacaq və Rusiyadakı xarici kapital ölkədən kənara çıxacaq.

Əlbəttə, nəzərə almaq lazımdır ki, 2014-cü ildə bank sektoruna tətbiq edilən sanksiyalar nəticəsində Rusiya sonrakı illərdə bank və informasiya infrastrukturunu əhəmiyyətli dərəcədə transformasiya edib, onların xarici sektordan asılılığını maksimum dərəcədə azaldıb.

Maraqlıdır ki, Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına necə təsir edəcək?

Bildiyimiz kimi, Rusiya Ermənistan üçün iqtisadi cəhətdən açardır, çünki Rusiya həm ixrac, həm də idxal baxımından Ermənistanın əsas ticarət tərəfdaşıdır. Rublun devalvasiyası nəticəsində Ermənistan mallarının Rusiya bazarında ixracı və satışına problemlər yaradacaq və istehlakçı tələbi azalacaq ki, bu da Ermənistan iqtisadiyyatına birbaşa zərbədir.

Ermənistan Rusiya bazarına çıxarılan malların bahalaşması ilə üzləşəcək.

Ermənistanın iqtisadi vəziyyəti onsuz da acınacaqlıdır və indi Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Ermənistan yeni risklərlə üzləşəcək. Ermənistan isə onların mümkün təsirlərindən çətin ki, qaça bilə. İtkilər və təsirlər həm iqtisadiyyatda, həm də maliyyə sektorunda həm birbaşa, həm də dolayı olacaq.

Ötən il iki ölkə arasında (Ermənistan-Rusiya) ticarət dövriyyəsi 2,6 milyard dolları ötüb ki, bunun da təxminən 850 milyonu ixracdır.

Artıq qeyd etdik ki, rublun devalvasiyası ilk növbədə Ermənistanın iqtisadiyyatına və ixrac sektoruna təsir edəcək. Amma bu sahədə itkilərin nə qədər ola biləcəyini söyləmək hələ tezdir. Rusiya iqtisadiyyatına qarşı sanksiyalar yeni başlayır, onların təsiri sonradan hiss olunacaq.

Rublun devalvasiyası artıq Ermənistan bazarında da özünü göstərməyə başlayıb. Rusiya valyutasının qiymətinin 5,5 dramdan aşağı düşməsi bir çox Ermənistan vətəndaşlarının sosial vəziyyətinə təsir edib. Məlum olduğu kimi, Ermənistanda çoxlu sayda vətəndaş var ki, onların gəlirləri xaricdə işləmək nəticəsində əldə olunur. Həmin gəlirlər əsasən rus rublundadır. Rublun devalvasiyası onların gəlirlərini də dəyərdən salır. Bir ay əvvəl 1 rubla 6,5 dram ala bilirdilərsə, indi 6 dramdan da az alırlar.

Belə ki, rublun zəifləməsinin təsiri gözlənilən transfer axınlarına təsir edəcək.

Ermənistana pul köçürmələrinin 40%-dən çoxu Rusiyadan gəlir. Ötən il bu, 865 milyon dollar təşkil edib.

Pul köçürmələrinə təkcə rublun zəifləməsi deyil, həm də Rusiyada iqtisadi vəziyyətin gözlənilən ağırlaşması da təsir göstərəcək.

Rusiya iqtisadiyyatında və maliyyə bazarlarında yaranan problemlər həmin ölkədən Ermənistanın iqtisadiyyatına yatırılan investisiyalara da mənfi təsir göstərəcək.

Ermənistan İqtisadiyyatında Rusiya kapitalının payı kifayət qədər böyükdür, üstəlik də Ermənistanın ən böyük müəssisələrindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının paketini əldə etməsi nəticəsində o, daha da artıb. Ermənistan hakimiyyəti milyardlarla dollarlıq investisiya proqramlarından danışırdı, indi məlum deyil ki, o proqramlardan nə gözlənilir, olacaq, yoxsa olmayacaq.

Problemlər, təbii ki, təkcə həmin şirkətlə bağlı deyil. Ermənistanda Rusiya kapitalı ilə fəaliyyət göstərən, birbaşa və ya dolayısı ilə sanksiyalara məruz qala biləcək digər şirkətlər də həmin cəza siyahısında yer ala bilər. Söhbət xüsusilə enerji və maliyyə sahəsində olan şirkətlərdən gedir.

Ermənistanı həmin bazardan imtina etməyə və iqtisadiyyatlarında yeni investisiya gözləntiləri yaratmağa məcbur edəcək.

Maliyyə sektorundan risklər daha böyükdür, çünki Ermənistan bankları Rusiya bankları vasitəsilə əməliyyatlar həyata keçirir və həmin banklara müəyyən məhdudiyyətlərin qoyulması Ermənistana da təsir edəcək.(qaynarinfo.az)

Demokrat.az

D
demokrat.az